Kitabsevərlər kitabxanaya 28 May – Müstəqillik Günü ilə əlaqədar videokliplərini təqdim etdilər

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasına Telman

Abbasov adına 225 №-li tam orta məktəbin kitabsevər şagirdləri çəkdiyi videoklipi təqdim etdilər. 
1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi və demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 107 il ötür. Bununla əlaqədar, videoklipdə məktəblilər doğma Vətənimiz olan müstəqil Azərbaycanın bayram əhval-ruhiyyəsini tərənnüm edirlər. Burada məktəblilərin idman yarışlarında və bayramlarda çıxışları nümayiş olunur. Çəkilişlər Qobustan Milli Tarixi-Bədii Qoruğunda, 8 Noyabr Abidəsinin və Qız qalasının önündə,

Dənizkənarı Milli Parkda və s. yerlərdə edilmişdir. 

Videoklip Ayaz Babayevin “Azərbaycan” mahnısı ilə müşaiət olunur və kitabxananın YouTube kanalında aşağıdakı keçiddə yerləşdirilib:
https://www.youtube.com/shorts/ux4Jpwj2VXA