“Şimal-Cənub xətti üzrə Azərbaycanın kəsb etdiyi əhəmiyyət sürətlə artmaqdadır”

 

 
“Əhatə dairəsinə və iqtisadi-siyasi çəkisinə görə fərqlənən Davos Forumunda Azərbaycana olan diqqətin artması və burada keçirilən yüksək səviyyəli görüüşlər gələcək perspektivnəbər verir”. Bunu Milli Məclisin deputatı Cəbi Quliyev deyib.
Onun sözlərinə görə, Davos Forumunda Dünyanın aparıcı daşınma və logistika şirkətləri də təmsil olunurlar: “Bu iri şirkətlərin nümayəndələrinin xüsusi vurğuladığı məqam ondan ibarətdir ki, Ukraynada davam edən müharibə səbəbindən dünya ticarət sistemi nəqliyyat və logistika baxımından ciddi problemlərlə üz-üzədir. Bu xüsusda Azərbaycandan keçən və ölkəmizin illər boyu təşviq etdiyi Orta Dəhlizin əhəmiyyəti daha da artmaqdadır. Eyni zamanda Şimal-Cənub xətti üzrə də Azərbaycanın kəsb etdiyi əhəmiyyət sürətlə artmaqdadır. Bir çox ölkələr bu yolun istifadəsində maraqlıdırlar”.
Deputat bildirib ki, Azərbaycan, Türkiyə və Gürcüstan birliyi regional yanaşı Avrraüçn önəmli layihədir: “Bu yöndə cənab Prezident öz çıxışında da bildirdi. Dövlət başçısı qeyd etdi ki, Biznes mühitinin təkmilləşdirilməsi, sözsüz ki, uğurun əsas amillərindən biridir, çünki dünyanın bütün ölkələrinin, hətta ən inkişaf etmiş ölkələrin də əlavə investisiyalara ehtiyacı var. Burada təkcə biznes mühiti kifayət deyil. Biz əvvələ - Baş nazir Qaribaşvilinin dediklərinə, ölkələr arasındakı əlaqələrə qayıdırıq. Bu, həqiqətən də unikal vəziyyətdir, zənnimcə qlobal miqyasda ən mehriban mühitlərdən biri Azərbaycanla Gürcüstan arasında, Azərbaycanla Türkiyə arasında, Gürcüstan və Türkiyə arasında münasibətlər və üçtərəfli əlaqələrdir. Yeri gəlmişkən, bizim bir neçə üçtərəfli əməkdaşlıq formatımız var. Xarici işlər, müdafiə, iqtisadiyyat nazirləri səviyyəsində, həmçinin liderlər sammiti olub. Biz artıq bunun bəhrəsini görürük. Biz aydın görməyə başlamışıq ki, burada balansa ehtiyac var. Əlbəttə ki, biz enerji layihələrindən başladıq - istehsalçı, tranzit ölkəsi və istehlakçı arasında balans olmalıdır. Biz qarşılıqlı uduşlu vəziyyət yaratmağa müvəffəq olduq və maraqların balansı qorunub saxlanıldı. Əslində, nisbətən bu yaxınlarda qurduğumuz, indi Azərbaycandan, Gürcüstandan, Türkiyədən Avropaya qədər uzadacağımız dəmir yolu əlaqələri bizim neft-qaz kəmərləri layihələrinin uğurlu icrasından qaynaqlanıb. Beləliklə, düşünürəm ki, dəhlizin bu tərəfində bütün məsələlər həll olunub. İndi bizim ehtiyacımız olan, bütün iştirakçı ölkələrin – Mərkəzi Asiya, Azərbaycan, Gürcüstan, Türkiyə, avropalı tərəfdaşların daxil olduğu rəhbər komitə, bir növ idarə heyəti, o cümlədən bütün nəqliyyat infrastrukturu yaradılmalıdır. Məsələn, biz Xəzər dənizində 53 gəmi ilə ən böyük ticarət donanmasına malikik, dəniz limanımız var - Türkmənistan, Qazaxıstan, Azərbaycan, Mərkəzi Asiya ölkələri arasında dəmir yolu əlaqələri, bilirsiniz ki, onların öz aralarında yaxşı bağlantılar yoxdur. Yeni layihələr var, məsələn, Çinin təşəbbüsü ilə başlayan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsi var ki, bu da nəticə etibarilə Xəzər dənizinə və ardınca bizim istiqamətimizə gəlib çıxacaq. Həmçinin nəqliyyat və Şərq-Qərbin üstünlükləri üzərində işləməklə yanaşı, Qərb-Şərq də mühüm əhəmiyyət kəsb edir. Hələ ki, əsas diqqət Çindən, Mərkəzi Asiyadan Xəzər dənizi vasitəsilə Avropaya yüklərin daşınmasına yönəlib, lakin biz, həmçinin yüklərin əks istiqamətdə daşınması barədə düşünməliyik. Buna nail olmaq üçün əlbəttə ki, əks istiqamətdə biznes mühiti də bizim hədəflərimizə uyğun gəlməlidir”.
Deputat onu da bildirib ki, Avropanın enerji bazarında önəmli paya sahib olan Azərbaycanın yeri və rolu artmaqdadır.