Rusiyanın Krasnodar şəhərində hündürlükdən yıxılan şəxsin sağ qalması ilə nəticələnən hadisə qeydə alınıb. Yaşayış binasının 18-ci mərtəbəsindəki pəncərədən yıxılan gənc kişi möcüzə nəticəsində həyatda qalıb.
Sabahinfo.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə şəhərin Oktyabrskaya küçəsində qeydə alınıb.
Şahidlərin məlumatına görə, pəncərədən düşən gənc zərbə ilə binanın giriş hissəsinin üzərindəki çardaq konstruksiyasının üstünə çırpılıb. Məhz bu örtüyün zərbə gücünü zəiflətməsi onun sağ qalmasını təmin edib.
Hadisə yerinə gələn təcili yardım briqadası ağır xəsarətlər alan zərərçəkəni dərhal 1 nömrəli Regional Klinik Xəstəxanaya çatdırıb. Gəncin səhhəti və hadisənin hansı şəraitdə baş verməsi ilə bağlı rəsmi araşdırma aparılır.