2 nəfər dərmandan zəhərləndi

Bu gecə Bakıda iki nəfər dərmandan zəhərlənib.  Hadisələr müxtəlif yerlərdə baş verib. Hadisələrdən biri saat 02:15-də Binəqədi rayonu ərazisində, Biləcəri qəsəbəsində qeydə alınıb. QƏsəbənin M.S.Ordubadi küçəsində yaşayan 20 yaşlı Mətanət Qurbanova qəbul etdiyi pereparatdan zəhərlənib. Onu xəstəxanaya yerləşdiriblər.
Digər hadisə saat 03:28-də Sabunçu rayonu ərazisində qeydə alınıb. Rayonun Bakıxanov qəsəbəsində yaşayan 23 yaşlı Fərman Yusifov dərman qəbul edib. Onun halı pisləşib. Yaxınlarının köməyilə onu xəstəxanaya yerləşdiriblər. Hər iki faktla bağlı araşdırma aparılır