"28 May tariximizin ən qürurverici günüdür"

"28 May Müstəqillik Günü tariximizin ən şərəfli, ən qürurverici günüdür".

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib. O bildirib ki, bu gün Prezident İlham Əliyevin qardaş Türkiyə lideri Ərdoğanla Laçında olması bir daha bizim Cümhuriyyətə olan etimadımızı göstərir:

"Azərbaycan Cümhuriyyəti bir daha sübut etdi ki, Azərbaycan xalqı öz dövlətini qurmağa, öz dövlətini yaşatmağa qadirdir. Çünki Azərbaycan dövlətçiliyinin tarixi daha qədimdir. 

Xalq Cümhuriyyətinin qurulması bizim həm dövlətçilik tariximizin ənənələrini davam etdirdi, Şərqdə ilk demokratik cümhuriyyət olmaqla xalqımızın sonrakı uğurlarının əsasını qoydu. O mənada ki, bugünkü Azərbaycan 1918-ci ildə yaradılmış Cümhuriyyətin banisidir. Biz Cümhuriyyət tariximizi dəyərləndiririk, Cümhuriyyətin bizə qoyduğu ənənələr, tarixi irs bizim üçün çox dəyərlidir".