"ABŞ Fələstindəki cinayətlərinə görə məsuliyyət daşımalıdır" - Kənani

ABŞ administrasiyasının İsrailin Qəzza zolağına hücumlarına güclü dəstəyinə görə görə cavab verməlidir.

Sabahinfo.az xəbər verir ki,  bunu İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Nasir Kənani deyib.

“Bu gün biz saxta insan haqları iddiaçılarının Qəzza ilə bağlı ikiüzlülüyünü hər zamankindən daha aydın görürük. Vaşinqton İsrail rejiminin Fələstindəki cinayətlərinə görə cavab verməlidir”,- o, jurnalistlərə açıqlamasında deyib. 

İran İslam Respublikasının Fələstinə dəstək səylərindən danışan yüksək səviyyəli iranlı diplomat vurğulayıb ki, İran məsuliyyətli və sadiq ölkə kimi fələstinlilərin hüquqlarını qoruyur. Diplomat qeyd edib ki, hazırkı cinayətlərində İsrail rejimini dəstəkləyən istənilən tərəf eyni beynəlxalq məsuliyyəti daşıyır.