Ağdamda qazbeton blok istehsal ediləcək

"Eos Qrup” QSC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib.

Sabahinfo.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tviter hesabında bildirib.

Onun sözlərinə görə, bununla da Parkın rezidentlərinin sayı 18-yə çatıb.

"Şirkət Parkın ərazisində investisiya dəyəri 4,7 milyon manat olan qazbeton blok istehsalı müəssisəsi yaradacaq və 49 nəfəri işlə təmin edəcək" - deyə M.Cabbarov qeyd edib.