Ağdaş rayonunun Qaradağlı və Gürcüva kəndlərində seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 18-də Ağdaş rayonunun Qaradağlı və Gürcüva kəndlərində seçicilərlə görüşlər keçirilib.

Görüşlərdə YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov, təşviqat qrupunun üzvləri Qalib Həsənov, Şamil Abdullayev, Vəsilə Məmmədova və İlkin Vəliyev çıxış ediblər.

Çıxışlarda qeyd edilib ki, artıq Azərbaycan ərazi bütövlüyü və suverenliyi bərpa edilmiş bir dövlətdir. Ölkəmiz yeni mərhələyə qədəm qoyur və 7 fevralda keçiriləcək prezident seçkiləri də yeni mərhələnin başlanğıcı olacaq. Azərbaycan xalqı öz liderini zamanında düzgün seçib, Prezident İlham Əliyevə - bütün qələbələrin memarına inanıb.

Vurğulanıb ki, hər bir seçici 7 fevral prezident seçkilərində fəal iştirak etməlidir.

Çıxış edən seçicilər isə tarixi qələbəmizin memarı olan Müzəffər Ali Baş Komandan İlham Əliyevi dəstəklədiklərini bildiriblər.