Agentliyin dəstəyi ilə Füzulidə uşaqlarla görüş

14 iyul 2025-ci tarixində Füzuli şəhərinin Kurmanqazi adına Uşaq Yaradıcılıq Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Qeyri hökumət təşkilatlarına Dəstək Agentliyinin dəstəyi ilə Fizuli rayonunda uşaqlarla görüş keçirildi.

“Kiçik Dünya” Uşaqların Maarifləndirilməsinə Kömək İctimai Birliyinin layihəsinin adı “İşğaldan azad olunmuş Füzuli, Laçın və Xocalıda uşaqlarla görüş”lərin təşkil olunması idi.

Görüşlərin keçirilməsində əsas məqsəd işğaldan azad olunmuş bölgələrdə uşaqların tətil zamanı vaxtlarının maraqlı, əyləncəli, səmərəli keçirilməsi vasitəsi ilə maarifləndirilməsi, zehni və dünya görüşünün artırılması, həmçinin həssas bölgələrə köçmüş uşaqların diqqətdən kənarda qalmaması olub.

QHT Layihəsinin rəhbəri, Gülzar İbrahimova idi. Görüşlərin də məhz uşaqların sevimli yazıçısı, Yazıçılar Birliyinin üzvü, H.Zərdabi mükafatçısı, AYB Prezident təqaüdçüsü, yazıçı, şair, Gülzar İbrahimova ilə keçiriməsi planlaşdırılıb.

Birinci görüş Füzuli şəhərində baş tutdu. İştirakçılar Qarabağ Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Füzuli rayon Mədəniyyət evinin, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, Füzuli rayon Heydər Əliyev Mərkəzinin və Kurmanqazi adına Uşaq Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutdu.

"Füzulili balalar ilə Gülzar nənənin yay nağılları” adlı altında keçirilən tədbir yüksək səviyyədə keçdi.

Tədbirin aparıcısı Füzuli rayon Heydər Əliyev Mərkəzinin direktor əvəzi Şəhanə Kərimova fizulililər adından qonağı salamladı, ona vətənpərvər, gözəl əsərlərinə görə minnətdarlıq bildirdi.

Tədbirin əsas məsul təşkilatçılarından olan Qarabağ Regional Mədəniyyət İdarəsi Mədəniyyət müəssisələri üzrə iş sektorunun baş məsləhətçisi, Füzuli rayon üzrə nümayəndə Elşad Cəfərov. Füzuli MKS nin direktoru, Lətifə xanım Xudaverdiyeva da iştirak ediblər.

Tədbirin iştirakçıları - Füzuli rayon Mədəniyyət evinin dərnək üzvləri, MKS- nin Uşaq şöbəsinin fəal oxucuları və Kurmanqazi adına Uşaq Yaradıcılıq Mərkəzinin uşaqları maraqlı şeir, mahnı, rəqs nömrələri ilə lə çıxış etdilər.

Yazıçı Gülzar İbrahimova uşaqları yeni yaradıcılığı ilə tanış etdi, onlara yeni əsərləri haqda danışdı. Iştirakçı uşaqlar da hazırladıqları şeir kampazisiyaları ilə, mahnı və rəqsləri çıxış etdilər.

"Qarabağ Fidanları" rəqs qurupu Gülzar İbrahimovanın “Gizlənpaç” mahnısına gözəl qəqs etdilər.

"Birlik" uşaq xoru Gülzar İbrahimovanın sözlərinə yazılmış və musiqisini Elşən Nicat bəstələdiyi “Ana dilim”və “sağ ol, Ey Vətən”, mahnısını ifa etdilər.

“Kiçik Dünya” Uşaqların Maarifləndirilməsinə Kömək İctimai Birliyi kollektivinin birgə hazırladığı “Qədim Azərbaycan” krossvordu böyük sinif şagirdlərini daha çox cəlb etdi. Onlar tədbirdə krossvord müsabiqəsində iştirak edib, qalib olub, hədiyyə və diplomlar qazandılar.

Kiçik yaşlı bağça uşaqları “Ciyələkli gizlənpaç” oyununda gizlənmiş uşaqları tapıb qalib ola bildilər. Onların yaşına uyğun hazırlanmış diplomlar çox sevindirici oldu.

Sonda tədbirdə çıxış edən və eləcədə iştirak edən bütün uşaqlara Kiçik Dünya Uşaqların Maarifləndirməsinə kömək İctimai Birliyinin hazırladığı kitablar və xüsüsi hədiyyələr təqdim olundu.