Almaniyada iğtişaşlar: 125 nəfər tutuldu, yaralılar var

Almaniyanın Vaynham şəhərində ultrasağçı Milli-Demokratik Partiyasına (AMDP) qarşı keçirilən mitinq iğtişaşlara səbəb olub. "RİA Novosti”nin verdiyi xəbərə görə, toqquşmalar zamanı bir neçə polis zabiti və aksiya iştirakçısı xəsarət alıb.

Məlumata görə, aksiya iştirakçıları polis qüvvələrinə hücum edərək daşa basıb. Polis öz növbəsində aksiyanı dağıtmaq üçün rezin dəyənəklərdən və gözyaşardıcı qazdan istifadə edib.

Polisin məlumatına görə, mitinqdə 1524 nəfər iştirak edib. İğtişaşlara solçu hərəkatların tərəfdarlarının səbəb olduğunu qeyd olunur. İğtişaşlar zamanı 125 aksiya iştirakçısı saxlanılıb.