85 saylı Füzuli-Ağcabədi Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputatlığa namizəd Aqil Məhəmməd oğlu Abbasov ( Aqil Abbas) Ağcabədi rayonun Taynaq kəndində seçicilərlə görüş keçirib.
Sabahinfo.az xəbər verir ki, görüşdən öncə Vətən uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə Aqil Abbas ona yenidən dəstək və etimad göstərəcəklərini deyən Taynaq kənd sakinlərinə təşəkkürünü bildirib: "Bütün fəaliyyətim dövründə gücümün çatdığı qədər sizə, bütün seçicilərimə, millətimizə və dövlətimizə xidmət edəcəm! Deputat fəaliyyətim dövründə də hər gün bu düşüncə ilə yaşadım və çalışdım. Bu illər ərzində problemlərin böyük hissəsi öz həllini tapdı. Bilirəm, hələ də həllini gözləyən məsələlər var. Bundan sonra da həmin məsələlərin öz həllini tapması istiqamətində yenə də əlimdən gələni əsirgəməyəcəm. Bilirsiniz ki, mən hər zaman sizin yanınızda oldum. Çünki bu mənim bir borcumdur. Vəzifə ilə yanaşı, həm də insanlıq borcumdur və bundan sonra da harada çalışmağımdan asılı olmayaraq, gücümün çatdığı qədər hər zaman sizin yanınızda olacam"
Sonda seçicilər bildirib ki, A. Abbas bu müddət ərzində nəinki Taynaq seçicilərin, ümumilikdə Azərbaycan cəmiyyətinin böyük etimadını qazanıb: "Aqil Abbas siz bizim dəstəyimizi öz fəaliyyətinizlə illər öncə qazanmısınız və bu dəstək davam edəcək. İnanırıq ki, siz bundan sonra da hər zaman bizim səsimiz olacaqsınız".