“AŞPA aşpaz funksiyasını yerinə yetirir” - Elşən Musayev

“AŞPA-da 4 il boyunca nümayəndə heyətinin üzvü olmuşam”.

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Elşən Musayev deyib.

“Onların mətbəxinə, hansı xislətə sahib olduqlarına şahidəm” deyən E.Musayev qeyd edib ki, onlar idarə etmir, idarə olmurlar:

“Ora Mark kimi deputatlara görə riyakarlar məclisinə çevrilib, pis aurası var. AŞPA bu gün aşpaz funksiyasını yerinə yetirir, o aşpazların qazanında ədalətdən başqa hər şey qaynayır. Biz 23 il ondan ədalət üçün istifadə etməmişik, sözümüzü demək üçün istifadfə etmişik. Deyirlər, Avropa dolayı yol ilə müdaxilə etməyə çalışır. Yüz dəfə demişik, yenə deyirik, bizə heç kim diktə edə bilməz. Bir də kimsə bizə dil uzadsa, ağzının payı veriləcək, dili uzandığı yerdən kəsiləcək”./bakivaxti.az