Avropa Şurası Azərbaycan və Ermənistana çağırış etdi

Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriç Ermənistan-Azərbaycan sərhədində atışmalarla bağlı xəbərlərdən narahatlığını bildirib.

Sabahinfo.az xəbər verir ki, bu barədə Avropa Şurasının baş katibi "X" səhifəsində yazıb. 

"Biz Ermənistan-Azərbaycan sərhədində atışmalarla bağlı xəbərlərdən narahatıq. Biz hər iki tərəfi güc tətbiq etməkdən çəkinməyə çağırırıq. Dialoq davamlı sülhün yeganə yoludur", - Buriç qeyd edib.