Azərbaycan hər hansı təhdidə cavab tədbirləri hazırlamalıdır - Deputat

“2020-ci ilin Vətən müharibəsi və antiterror tədbirlərindən sonra Avropadan hər hansı addım görmədik”.

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Cavanşir Feyziyev deyib.

Onun sözlərinə görə, bölgədə güc yaratmağa iddialı olan güc mərkəzləri sülhə mane oldu: “AŞPA iclasında yaranmış böhranlı vəziyyətdə nümayəndə heyətimizin atdığı addımı doğru hesab edirəm. Niderland parlamentində deputatlar da Azərbaycan-Ermənistan məsələsini qaldıraraq iddia edirlər ki, guya Azərbaycan Ermənistanı işğal edəcək. Cənubi Qafqaza qarşı olan kənar müdaxilələrin qarşısı alınmalıdır”.

Deputat bildirib ki, Azərbaycan hər hansı təhdidə cavab tədbirləri hazırlamalıdır:

“Azərbaycanın daxili işlərinə qarışan güclərə qarşı lazımi tədbirlər görülsün”./bakivaxti.az