Round University Ranking” (RUR) beynəlxalq reytinqinin 2025-ci il üçün cədvəli açıqlanıb. Azərbaycan Universiteti bu reytinq üzrə 2024-cü il ilə müqayisədə 85 pillə irəliləyərək, Azərbaycanın ali təhsil müəssisələri arasında 4-cü yerdə qərarlaşıb. RUR reytinqi üzrə Azərbaycan Universitetinin bu ilki göstəricisi 970-dir, keçən il bu rəqəm 1055 olub.
Azərbaycan Universiteti RUR reytinqinə ilk dəfə 2024-cü ildə daxil olub və ölkə üzrə ötən ilki mövqeyini qoruyub.
Qeyd edək ki, RUR reytinqində universitetlər tədrisin keyfiyyəti (40 faiz), tədqiqatın keyfiyyəti (40 faiz), beynəlmilələşmə (10 faiz) və maliyyə dayanıqlılığı (10 faiz) istiqamətlərində qruplaşdırılan 20 parametrə görə qiymətləndirilir.