Azərbaycanda daha bir məktəbli qız İNTİHAR ETDİ

Şəkidə intihar hadisəsi olub.

Sabahinfo.az-ın lent.az-a istinadən məlumatına görə, hadisə mayın 24-də rayonun Kiçik Dəhnə kəndində baş verib. Kənd sakini 15 yaşlı Süleymanova Nuray Məzahir qızı yaşadıqları evin həyətindəki tövlədə özünü asaraq, həyatına son qoyub.

Onun hansı səbəbdən intihar etməsi hələlik bilinmir.

Mərhumun 9-cu sinif şagirdi olduğu qeyd edilir.

Faktla bağlı araşdırma aparılır.