27 iyun 2026-cı il tarixində Omar Atçılıq Mərkəzində təşkil olunan Comelson Networking Festivalı uğurla başa çatdı. “Biznesin Ritmi” konsepti ilə keçirilən festival Azərbaycanda ilk dəfə olaraq biznes, networking və festival atmosferini eyni platformada birləşdirərək iştirakçılara fərqli təcrübə təqdim etdi.
Festival çərçivəsində müxtəlif sektorlardan sahibkarlar, şirkət rəhbərləri, investorlar, dövlət qurumlarının nümayəndələri, bank və maliyyə sektoru təmsilçiləri, səhiyyə, media və digər sahələrin peşəkarları bir araya gələrək yeni əməkdaşlıq imkanlarını müzakirə etdilər, biznes əlaqələri qurdu və təcrübə mübadiləsi apardılar.
Tədbirin rəsmi hissəsində tanınmış biznes simaları çıxış edərək sahibkarlıq, innovasiya, rəqəmsallaşma, idarəetmə və biznes ekosisteminin inkişafı ilə bağlı fikirlərini iştirakçılarla bölüşdülər. Gün ərzində keçirilən networking sessiyaları iştirakçılar arasında yeni tərəfdaşlıqların formalaşmasına və biznes əlaqələrinin genişlənməsinə töhfə verdi.
Festivalın ikinci hissəsi isə açıq hava festivalı formatında davam etdi. Canlı musiqi proqramı, DJ şou, müxtəlif performanslar, əyləncə zonaları, kreativ foto məkanları və Azərbaycan milli mətbəxinin seçilmiş təamları iştirakçılar tərəfindən böyük maraqla qarşılandı. Biznes və əyləncənin harmoniyasını əks etdirən bu format tədbir iştirakçılarına həm peşəkar, həm də sosial baxımdan unudulmaz bir gün yaşatdı.
Comelson Networking Festivalı çərçivəsində onlarla şirkət sponsor və tərəfdaş qismində layihəyə dəstək göstərərək öz brendlərini biznes auditoriyasına təqdim etmək imkanı əldə etdi. Tədbir eyni zamanda dövlət və özəl sektor nümayəndələrinin, biznes liderlərinin və müxtəlif sahələr üzrə peşəkarların bir platformada görüşünə şərait yaradaraq yeni əməkdaşlıqlar üçün əlverişli mühit formalaşdırdı.
Festivalın təşkilatçıları layihənin həyata keçirilməsində dəstək göstərən bütün sponsorlara, tərəfdaşlara, spikerlərə, ifaçılara, media nümayəndələrinə, könüllülərə və iştirakçılara təşəkkürlərini bildirərək qeyd ediblər ki, Comelson Networking Festivalı gələcək illərdə daha geniş miqyasda təşkil olunaraq Azərbaycanın biznes və networking ekosisteminin inkişafına töhfə verməyə davam edəcək.
Comelson Networking Festival bir daha sübut etdi ki, düzgün platforma yaradıldıqda biznes əlaqələri yalnız konfrans zallarında deyil, eyni zamanda səmimi və dinamik festival mühitində də formalaşa bilir. “Biznesin Ritmi” konsepti ilə həyata keçirilən bu layihə Azərbaycanda biznes festivalları üçün yeni yanaşmanın əsasını qoydu.

