Azərbaycandan Ermənistana çağırış: Danışıqlara başlayaq!

Ermənistanın hərbi-siyasi rəhbərliyini iki ölkənin dövlət sərhədində hərbi avantüra məqsədi daşıyan təxribatlar və vəziyyəti qəsdən gərginləşdirmək əməllərindən çəkinməyə və sivil qaydada dövlət sərhədinin delimitasiyası üzrə danışıqlara başlamağa çağırırıq.

Bu sözlər Müdafiə Nazirliyinin Kəlbəcərdəki gərginliklə bağlı yaydığı son məlumatda qeyd olunub.