SOCAR-ın “Azəriqaz” İB-nin baş direktorunun Naftalan şəhərində vətəndaş qəbulu 11 dekabr saat 11:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq.
Sabahinfo.az xəbər verir ki, görüş zamanı Naftalan şəhərindən, Goranboy və Xocalı rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək.
Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin xidmət sahələrinə aid olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Gəncə Regional Qaz İstismarı İdarəsinə (tel: 055-224-90-66; 050-845-77-79) müraciət edə bilərlər.