"Məni öldürə bilərdilər"

"Marmarisdə 2 mühafizəçim şəhid oldu, əgər 10-15 dəqiqə gec hərəkət etsəydim, məni də öldürə bilərdilər”.


Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "CNN İnternational” kanalına müsahibəsində deyib.

Ərdoğan qeyd edib ki, qiyamçıların əlinə keçməkdən son anda qurtula bilib: "Oradakı yaxın adamlarımla məsləhətləşmələrimizin nəticəsi olaraq qaldığım oteldən uzaqlaşdım. Əks təqdirdə məni ya öldürəcəkdilər, ya da yaxalayacaqdılar”.

Qeyd edək ki, iyulun 15-dən 16-na keçən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub. Türkiyənin Marmaris bölgəsində qiyamçı hərbçilər tərəfindən prezident Rəcəb Tayyib Ərdoğanın qaldığı otelə hücum edilib. Qiyamçılar helikopterdən binanı gülləbaran ediblər. Hərbçilər daha sonra helikopterdən enərək oteli mühasirəyə alıblar.