Erməni baş nazirin xərçəng monopoliyası

Ermənistanda xərçənglərin saxlanılması və satılması monopoliyası baş nazir Ovik Abramyanın kurasiyasındadır.


AzVision.azxəbər verir ki, bu barədə Ermənistanın "Armlur.am” saytı məlumat yayıb.

Bildirilib ki, ötən gün Ermənistanın Qeqarkunks vilayətinin Noratus kəndinin sakinləri etiraz aksiyası keçirib. Nümayişçilər Sevan - İrəvan avtomagistralını bağlayıblar.

"Etiraz aksiyasınına səbəb onlara xərçəng satışına imkan verilməməsidir. Kəndlilər bildirilər ki, bu bizneslə yalnız baş nazir Ovik Abramyanın ailəsi məşğul ola bilər. Bu isə kənd sakinlərinin etirazına səbəb olub”, - deyə sayt qeyd edib.