Erməni deputat 100 milyon oğurlayıb ölkədən qaçdı

Çiçəklənən Ermənistan Partiyasının deputatı Abram Manukyan 100 milyon dollardan çox partiya pulunu oğurlayaraq ölkəni tərk edib.

Bu barədəAzVision.azErmənistanın "Aykakan Jamanak" qəzetinə istinadən xəbər verir.

Məlumata görə, Manukyanın ölkə ərazisində olmadığını köməkçisi də təsdiqləyib. Onun özü ilə apardığı pul partiyanın regional strukturları üçün nəzərdə tutulubmuş.

Manukyan əvvəllər partiyada bu sahəyə rəhbərlik edib. O, Çiçəklənən Ermənistan Partiyasının rəhbərliyində dəyişiklik etmək istəyib.

Partiya rəhbərliyinin ona münasibəti heç də birmənalı olmayıb. Bu səbəbdən o, maliyyə məsələlərinə və regionlarla əlaqəyə dair sahəyə nəzarətdən kənarlaşdırılıb.