Erməni general: "Qarabağda strateji yüksəklikləri itirdik"

"Azərbaycan ordusu olduqca strateji əhəmiyyətə malik əraziləri işğaldan azad edib və onları geri qaytarmaq lazımdır”

Bunu erməni general-mayor, "Kommandos” ləqəbli Arkadi Ter-Tadevosyan bildirib.

Erməni generalın sözlərinə görə, hazırda Ermənistan rəhbərliyi bu strateji yerlərinin itirilməsini gizlətməyə çalışır: "Onlar bu yerlərin strateji əhəmiyyətə malik olmadığını bildirirlər. Alınan yerlər olduqca strateji yüksəkliklərdir. Talış, Ağdərə və Magadisdə insanların rahat yaşaması üçün bu yüksəkliklər geri alınmalıdır”.

Müharibə veteranı Ermənistanın Müdafiə Nazirliyi və ölkə rəhbərliyinə aprel döyüşlərində itirilən əraziləri geri qaytarmağı təklif edib.

"Biz şimalda azad olunan yüksəkliklərə görə, çox şey itirdik və bundan sonra itirəcəyik. Talışda artıq heç kim yaşamır. Qarabağın ən böyük şəhəri olan Ağdərə atəş altında qalır. İnsanların dinc yaşaması üçün bu yüksəklikləri geri qaytarmaq lazımdır”.

azvision.az