Ermənilərin səfirliklərə hücumu gözlənilir

Aprelin 24-də uydurma "erməni soyqırımı”nın 101 illiyi keçiriləcək. Yenə də Ermənistan hökuməti, erməni lobbiləri və diasporları "genosid faktı” ilə bağlı ənənəvi təbliğat maşınlarını işə salacaq.

Xaricdəki erməni təşkilatları ciddi hazırlıqlara start veriblər.

Onların bu hazırlıqlarının tərkib hissəsində təxribat törətmək kimi planlar da mövcuddur. Erməni lobbisinin xaricdəki Azərbaycan və Türkiyə səfirlikləri önündə aksiyalar keçirməsi gözlənilir.

Bununla belə, son zamanlar Ermənistanın cəbhə xəttində uğradığı məğlubiyyət, üstəgəl Türkiyə ilə gərginləşən münasibətlər fonunda azğınlaşmış erməni fəalların taktikasını dəyişəcəyi bildirilir.

Aksiya çərçivəsində onların Azərbaycan və Türkiyə səfirliklərinə hücum edəcəyi də istisna olunmur.