Ermənistan hökuməti “DQR”i tanımaqdan imtina etdi

Ermənistan hökuməti qondarma Dağlıq Qarabağ Respublikasını tanımaqdan imtina edib.

Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyası "Dağlıq Qarabağ Respublikasının” tanınması ilə bağlı məsələni plenar iclasın gündəliyinə daxil etməyib.

Məlumata görə, qanun layihəsi komissiyada səsverməyə çıxarılıb. Layihənin lehinə yalnızca "İrs” fraksiyasının deputatı Tevan Poqosyan çıxış edib. Layihənin əleyhinə isə hakim Respublika partiyasının millət vəkili Qamlet Arutyunyan səs verib. Komissiyanın digər üzvləri səsvermədə iştirak etməyiblər.

AzNews.az