Fransa Əliyev və Sarkisyanı yenidən görüşdürmək istəyir

ATƏT-in həmsədr ölkəsi kimi Fransa daha əvvəl də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkil etməyə hazır olduğunu bəyan etmişdi.

Bunu Fransanın Azərbaycandakı səfiri Oreliya Buşe bildirib.


"Münaqişə tərəfləri arasında vasitəçi rolunu oynayan ATƏT-in Minsk qrupu həmsədrləri öz öhdəliklərini yerinə yetirir, həmçinin münaqişənin hərtərəfli sülh yolu həll olunması və qarşılıqlı inamın əldə olunması istiqamətində səylər göstərirlər”, - deyə xanım səfir bildirib.

Səfirin sözlərinə görə, həmsədr ölkə kimi Fransa prezidentlərin Sankt-Peterburq görüşünün nəticələrini alqışlayır: "Münaqişə yalnız daimi və səmimi yolla həll oluna bilər”.

AzVision.az