Gənc yazarın ilk şeirlər kitabının təqdimat mərasimi keçirilib

14 Oktyabr saat 16:00-da "Kitabevim.az"da gənc yazar Məhəmməd TURANın " ŞEİR SEVGİLİM" adlı ilk şeirlər kitabının təqdimat mərasimi keçirilib. Sabahinfo.az xəbər verir ki, tədbiri şairə Fərqanə Mediyeva açıq elan edərək qonaqları salamladıqdan sonra Məhəmməd Turanın şeirlərindən bəhs edən nitq söyləmişdir. Sonra tanınmış qələm sahiblərindən Dayandur Sevgin, Ayaz Arabaçı, Həmzəli İlyas, Qəşəm Nəcəfzadə, Balayar Sadiq , Aləmzər Sadıqqızı, Narıngül Nadirqızı, Nuranə Nur və digərləri, gənc yazarlardan Emil Rasimoğlu, Əntiqə Səməndər, Sərvər Kamranlı və başqaları çıxış edərək müəllifə yaradıcılıq uğurları arzulamışlar. Sonda Məhəmməd Turanın təqdimatında bir neçə şeir dinlənmişdir.