Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan “Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsi” çərçivəsində “Talk2AI: QuillBot Chat ilə İngilis Dilində Danış” layihəsi başa çatıb. 8 ay ərzində həyata keçirilən layihənin məqsədi məktəblərdə ingilis dilinin tədrisinin süni intellekt əsaslı QuillBot Chat platforması vasitəsilə həll etmək, şagirdlərə real və fərdi ünsiyyət mühiti yaradaraq onlardakı dil baryerini aradan qaldırmaq olub.
Bakı Dövlət Universiteti nəzdində Gənc İstedadlar Liseyində həyata keçiriən layihə çərçivəsində 8-ci sinif üzrə seçilmiş 20 şagirdin iştirakı ilə təlim
təşkil
olunub.
Təlim mərhələsində iştirakçılara QuillBot Chat platformasının
funksional imkanları, süni intellektlə effektiv ünsiyyət prinsipləri, düzgün sorğu (prompt) qurma qaydaları və təhlükəsiz istifadə
mexanizmləri barədə ətraflı məlumat verilib. Danışıq
bacarıqlarının təkmilləşdirilməsi məqsədilə interaktiv tapşırıqlar, fərdi və cütlü dialoqlar, eləcə də praktik məşğələlər təşkil
olunub. Eyni zamanda şagirdlərə danışıq ssenarilərinin
hazırlanması, sualların məntiqi və qrammatik baxımdan düzgün qurulması, eləcə də süni intellekt tərəfindən təqdim olunan geri bildirimlərin təhlili üzrə bacarıqlar aşılanıb. Simulyasiya və model dialoqlar vasitəsilə onların sərbəst danışıq, yazı və kommunikativ səriştələrinin inkişafına xüsusi diqqət yetirilib.