İlqar Qulusoy - Ömrümü qəbrimə yamayan allah

***
Keçəl, dərdinə şərikəm,
Töküb azaltdim saçımı. Yaxşi ki, qara günümdə Üzün ağartdim saçımın. Daraq almaya-almaya, Bir gündə salmadim saya. Tumarlaya- tumarlaya Başın aldatdim saçımın. Düz ilk gündən,körpəlikdən Uzatmadim bircə tük də. Subayliğimla birlikdə Daşını atdim saçımın *** Mənə bir şəkil göndər Bük onu bir vərəqə Altında belə də yaz "Məndən sənə sədəqə" . Elə yerdə çəkdir ki, Çalış düşməsin kimsə Saçlarını yan dara Bir azcıq da gülümsə . Bir azcıq da yan dayan Söykən quru ağaca Guya fikirləşirsən Guya səndə yorğunsan . Harasa tələsirsən Uzalı olsun əlin Bəlkə tutdum əlindən Bəlkə bir söz eşitdim Dodağndan, dilindən .  Buraxma əllərimi Məni bir az əzizlə Kirlətdiyim bədəni Göz yaşınla təmizlə . Səndən mənə nə qalar Qalsa bir şəkil qalar Çəkdirəsi olmasan Özün də gəlsən olar *** Yetim yalqiz şeirimdən ismətli qiz şeirimdən mənim cilz şeirimdən yüzü həvəsə düşdü yaşamadiq sağ öldük şükür üzü ağ öldük ömürdən qabaq öldük yolumuz kəsə düşdü ac göz tək qamarladim boynunu tumarladim gecə dərdi zorladim işim polisə düşdü *** Gecə düşüb yuxum gəlmir bayirda da sazaqli qiş ürəyim alma istəyir nənə mənə nağil daniş nənə daniş qariş qariş hara getdi torpağimiz ? Qarabağda nəyə görə ucalmadi bayrağimiz? Yatdiq nənə illər ilə yatdiq şirin yuxu görək yatdiq bir gün oyananda vari qoyub yoxu görək daha bəsdi nağillarda məhf elədi həyat bizi nağil deyib oyatmisan nağil deyib yatirt bizi *** Mənim uşaqlıqdan bəxtim olmadı vaxtım problemə söhbətə getdi birinci sinifdə istədiyim qız 10 cu sinifdə rəhmətə getdi mənim ürəyimə illər ərzində kimlər od vurmadı yara basmadı həyat bir yuxudu mənim yuxumun 95 faizi qarabasmadı mən kimə danışım kimə inanım gedənlər qapımı bağladı sən öl kişilər ağlamaz deyən adama dərdimi danışdım ağladı sən öl *** Ömrümü qəbrimə yamayan allah eşqimi qəlbimə calayan allah nə çoxdur bu gənci qinayan allah bir gün söz allahi olacağim var özümə yer saldim yerin içində açilmaz sirr oldum sirrin içində bir gün öləcəyəm şeirin içində bir gün saçlarimi yolacağim var qismətin ,taleyin bağlayan gülməz özünü içində dağlayan gülməz mən elə bilirdim ağlayan gülməz sən demə halima güləcəyim var illər tez qalandi uşaq yaşima hicranlar,əzablar doldu başima qələmi,vərəqi qoyub qarşima bir şeir namazi qilacağim var haqqima, səsimə güc verib getdim mən öz qiymətimi üç görüb getdim ömrümü ölümə borc verib getdim bildim qiyamətdə alacağim var