İtaliyada zəlzələdə ölənlərin sayı 290 nəfərə çatdı

İtaliyada baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 290 nəfərə çatıb.

Bu barədə "Associated Press” yerli mülki müdafiə xidmətinə istinadən xəbər yayıb. Ötən gün bu rəqəm 283 nəfər idi. Bu gün daha 7 nəfərin meyiti dağıntılar altından çıxarılıb.

Qeyd edək ki, 6 bal gücündə zəlzələ avqustun 24-ü gecəsi İtaliyanın mərkəzi hissəsində baş verib. Amatriçe, Arkuata-del-Toronto və Akkumoli şəhərləri xüsusilə dağıntılara məruz qalıb.