Moskvada terror törətmək istəyən İŞİD-çilər tutuldu

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) İnquşetiya və Moskvada terror aktları törətməyi planlaşdıran İŞİD terror qruplaşmasının 5 üzvünü saxlayıb.

Sabahinfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.


Terrorçularən üzərindən hər biri 10 kiloqram trotil ekvivalentinə bərabər iki əldəqayırma partlayıcı qurğu, elektrodetonatorlar aşkarlanıb.

Qeyd edək ki, noyabrın 12-də Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları "Paris ssenarisi” üzrə Moskva və Sankt-Peterburqda partlayışlar törətməyi planlaşdıran terror qruplaşmasının 10 üzvünü saxlayıb.

Əməliyyat Tacikistan və Qırğızıstan xüsusi xidmət orqanlarının əməkdaşları ilə birgə keçirilib.

Qeyd olunub ki, terrorçular eyni vaxtda müxtəlif yerlərdə partlayışlar törətmək istəyirmiş. Əməliyyat zamanı terrorçulardan 4 ədəd partlayıcı qurğu, rabitə vasitələri, odlu silahlar və döyüş sursatları aşkarlanaraq götürülüb.

Saxlanılan terrorçuların hamısı Mərkəzi Asiya ölkələrinin vətəndaşlarıdır və onlar İŞİD terror qruplaşmasının başçıları ilə əlaqədə olduqlarını etiraf ediblər.