Pedofillər axtalanacaq - Prezident qanunu imzaladı

Qazaxıstan prezidenti Nursultan Nazarbayev pedofillərin kimyəvi axtalanmasının icbari norma kimi tətbiq edilməsi haqqında qanunu imzalayıb.

Bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.


Bundan əlavə, "Qazaxıstan Respublikasının uşaq haqlarının müdafiəsi məsələlərinə dair qanunvericilik aktlarına bəzi dəyişikliklər və əlavələrin edilməsi haqqında” qanun yetim və valideyn himayəsindən məhrum qalan uşaqlar haqqında məlumat bazasının yaradılmasını da tövsiyə edir.

Ehtimal edilir ki, bu sistem uşaq haqları məsələləri ilə məşğul olan dövlət orqanlarının, mərkəzi və yerli səviyyəli orqanların, eləcə də Qazaxıstanın xarici müəssisələrinin qarşılıqlı fəaliyyətini təmin edəcək.