Poroşenko yenə Baş prokurorluğa çağırıldı

Ukrayna Prezident Administrasiyasına 2014-cü il yanvar-fevral aylarında "Avromaydan” fəallarına qarşı cinayətlər işi üzrə Pyotr Poroşenkonun ifadə vermək üçün Baş Prokurorluğa çağrılması barədə xəbərdarlıq təqdim olunub.

"Noyabrın 9-da prezident Pyotr Poroşenkonun noyabrın 29-da Ukrayna Baş Prokurorluğuna çağrılması barədə sənəd qeydə alınıb”, - deyə nəşrin sorğusuna cavab olaraq Administrasiyadan bildirilib.