`Putin NATO`su Ermənistanda təlimlərə başladı

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanda təlimə başlayır.


Təlimlər "Kobalt-2016" adı altında keçiriləcək.

Təlimlərdə daxili işlər orqanlarının bölmələri, bu təşkilata üzv dövlətlərin polisləri və xüsusi təyinatlı qüvvələri cəlb ediləcək.

Təlimlərin əsas məqsədi daxili qoşunların xüsusi bölmələrinin hərbi qulluqçularının praktik bacarıqlarının təkmilləşdirilməsidir. Yoxlama təlimlərində döyüş və hərbi-nəqliyyat helikopterlərindən istifadə nəzərdə tutulur.

Təlimlərdə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistanın daxili qoşunlarının qüvvələri iştirak edəcək.