Rusiyada daha bir vertolyot qəzası - 3 ölü

Rusiyada vertolyot qəzaya uğrayıb.

AzNews.azRusiya KİV-lərinə istinadən xəbər verir ki, "Robinson-44” özəl vertolyotunun qəzaya uğraması nəticəsində 3 nəfər ölüb.

"Qəza yerində üç nəfərin cəsədi aşkarlanıb. Axtarışlar davam etdirilir”, -deyə Rusiya Fövqəladə Hallar Nazirliyindən bildirilib. Nazirliyin verdiyi açıqlamada o da qeyd olunur ki, bu tip vertolyotlar 4 nəfər üçün nəzərdə tutulub.

Hazırda vertolyotun kimə məxsus olduğu müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, bu yaxınlarda daha bir Rusiya vertolyotu qəzaya uğramışdı.