Tailandda məktəb yataqxanasında yanğın - 17 ölü

Tailandda özəl məktəblərin birinin yataqxanasında baş verən yanğın nəticəsində ən azı 17 məktəbli qız həyatını itirib.

Sabahinfo.az İnterfaks-a istinadən verdiyi məlumata əsasən, yanğın yerli vaxtla 23:00-da başlayıb.

Ölən 5-12 yaş arasında məktəblilərdir. Daha iki şagirdin itkin düşdüyü bildirilir. Beş şagird ciddi xəsarət alıb, 14-ü isə xilas oluna bilib.