Türkiyədə 850-dən çox "İslam dövləti"nin yaraqlısı məhv edilib

İlin əvvəlindən Türkiyənin Suriyada keçridiyi hərbi hava əməliyyatları nəticəsində, 850-dən çox "İslam dövləti" terror qruplaşmasının yaraqlısı məhv edilib.

Trend xəbər verir ki, bu barədə Anadolu agentliyi hərbi mənbələrə istinadən bildirir.

Yanvarın 9-dan ölkənin Silahlı Qüvvələri (SQ) qruplaşmanın yerləşdiyi ərazilər istiqamətində 5,3 min dəfə atəş açılıb. Qruplaşmanın səngərləri və komanda-qərargah məntəqələri dağıdılıb və 370 terrorist məhv edilib.

Bundan əlavə, 167 hava hücümları nəticəsində 492 yaraqlı məhv edilib.

Suriya ilə sərhəddə yerləşən Türkiyə artilleriya qüvvələri "İslam dövlətinin" nəzarəti altında olan həmsərhəd ərazilərinə mütəmadi olaraq zərbələr endirir.