Türkiyədə növbəti terror - 2 ölü, 2 yaralı

Türkiyədə daha terror hadisəsi baş verib.

Mardində PKK-lılar tərəfindən həyata keçirilən terror aktı əsgər ölümünə səbəb olub. Əldə hazırlanmış qurğunun partlaması nəticəsində 2 əsgər şəhid olub, 2 əsgər isə yaralanıb.

Hazırda hadisə yerində polis əməliyyat keçirir.