Yeni Azərbaycan Partiyası Qəbələ Rayon Təşkilatının üzvləri noyabrın 21-də partiyanın yaranmasının 24-cü ildönümünü qeyd ediblər.
Sabahinfo.az xbər verir ki, tədbirdə Qəbələ Rayon İcra Hakimiyyətinin Başçısı cənab Səbuhi Abdullayev, YAP Qəbələ Rayon Təşkilatının sədri Abil Ağasəfov, YAP Rayon Təşkilatının şura üzvləri, partiya fəalları və ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Onlar əvvəlcə Ümumilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzmüş, ulu öndərin işıqlı xatirəsini dərin ehtiramla yad etmişlər. Sonra tədbir iştirakçıları ağacəkmə kompaniyası keçirmişlər. Onlar Heydər Əliyev prospektinin kənarlarında və şəhərin şimal hissəsində bu günün şərəfinə 1200 meyvə ağacı tingləri əkmişlər.