10 min dollardan yuxarı kreditlərə güzəşt olmayacaq - Mərkəzi Bankın sədri

"10 min dollardan yuxarı götürülən kreditlərə güzəşt edilməsi nəzərdə tutulmayıb. Bu kreditləri sahibkarlar öz biznes planları üçün götürüblər və onlar risklərin görə cavabdehdirlər".

Modern.azxəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.

E.Rüstəmov qeyd edib ki, əsas məqsəd əhalinin aztəminatlı təbəqələrinin problemli kreditlərinin həlli idi: " Prezidentin dollar krediti olan fiziki şəxslərə güzəştin edilməsinə dair qərarı böyük əhali qrupunu əhatə edib. 10 min ,20 min, 50 mon dollarlıq kredit artıq biznəs kreditləridir. Biznes sahibləri riskləri üçün özləri cavabdehdir. Dövlətin bu yükü üzərinə götürmək öhdəliyi yoxdur"