19 terrorçu məhv edildi - HAVA ƏMƏLİYYATI

Türk Silahlı Qüvvətləri (TSQ) bu gecə İraqda növbəti əməliyyat keçiriblər. Sabahinfo.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, TSQ rəsmiləri hava əməliyyatı nəticəsində 19 PKK-lı terrorçunun məhv edildiyini bildiriblər.

 

Bundan başqa, bildirilir ki, terrorçuların 2 sığınacağı, 3 məntəqəsi və 1 əsas strateji nöqtələri də sıradan çıxarılıb.

 

Əməliyyatı həyata keçirən pilotlar artıq geri qayıdıblar.