"1980-ci illərin əvvəlində Türkiyədəki xaosu yada salan azdır"

"Türkiyənin keçmiş prezidenti, ordu generalı Kənan Evren vəfat etdi. İndiki Türkiyədə Kənan Evrenə fərqli münasibət var". "Sabahinfo"nun məlumatına görə, politoloq Elxan Şahinoğlu belə bir fikirlə çıxış edib. ""Hərbi çevriliş etməklə Türkiyəni geri atdı" və ya "hərbi çevriliş olmasaydı Türkiyə elə 1980-ci illərin ortalarında Avropa Birliyi üzvü olardı" fikirləri bugünkü Türkiyədə eşitmək olar. Əlbəttə, hazırki şəraitdə Kənan Evreni tənqid etmək və bütün problemləri ona yükləmək asandır. Ancaq təəssüf ki, 1980-ci illərin əvvəlində Türkiyədəki xaosu yada salan azdır, küçə sağ-sol toqquşmlaları ilə bol idi, hökumətin və siyasi partiyaların faktiki süqutu və hadisələrə təsir imkanlarının azalması olmasaydı Kənan Evren niyə hərbi çevriliş etməliydi ki? O başqa məsələ ki, hərbi idarəetmə illərində gərəksiz ölüm cəzaları da qeydə alındı. Ona görə dövlət edə idarə olunmalıdır ki, hərbçilərin siyasətə müdaxiləsi mümkün olmasın" - deyə E.Şahinoğlu qeyd edib.