"ABŞ yeganə supergücdür" - Putindən ETİRAF

"Amerika böyük dövlət, yeganə superderjavadır. Biz bunu qəbul edirik. Amma ABŞ Rusiyanın daxili işlərinə qarışmamalıdır. Moskva və Brüsselin əlaqələrinə təsir etməməlidir”.

sabahinfo.az-ın məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburda keçirilən beynəlxalq iqtisadi forumda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Rusiyaya da əməkdaşlıq üçün ABŞ kimi güclü dövlət lazımdır.

"Amma biz istəmirik ki, onlar bizim daxili işlərimizə qarışsınlar. Onlar bizim Avropa ilə münasibətlərin inkişafına mane olmağa çalışırdılar”,-deyə o bildirib.