"AST" Telman rəsmən müflis elan edildi

Tanınmış iş adamı, AST şirkətlər qrupunun prezidenti, Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılov rəsmən müflis elan olunub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Moskva vilayət Arbitraj Məhkəməsi qərar çıxarıb.

Qeyd edək ki, Rusiyanın "Moskva bankı" ("Bank Moskvı", VTB qrupu) Telman İsmayılovun rəhbərlik etdiyi AST Şirkətlər Qrupuna daxil olan "KBF AST" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı 213 milyon dollarlıq iddia qaldırıb. "Moskva bankı" iddiasında 2012-ci il 28 sentyabr tarixində imzalanmış müqaviləyə əsasən "Ruslayn 2000" MMC-nin adına alınan 213 milyon dollar məbləğində borcun ödənilməsini tələb edib.