"Azərbaycan indiyədək dünya bazarlarına 508 mln. ton neft çıxarıb"

Azərbaycan indiyədək dünya bazarlarına 508 mln. ton neft çıxarıb.

Bu barədə Bakıda keçirilən 26-cı Beynəlxalq Xəzər Neft və Qaz Konfransında çıxış edən SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

Onun sözlərinə görə, dünya bazarlarına çıxarılan neftin 383 mln. tonu Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə nəql edilib.

Qazın ixracı məsələsinə toxunan X. Yusifzadə qeyd edib ki, indiyədək Trans-Anadolu qaz kəməri ilə (TANAP) Türkiyəyə 1,9 mlrd. kubmetr qaz nəql edilib. (ona)