"Əliyevlə Sərkisyanın görüşü İrəvanda müzakirə ediləcək"

İrəvanda Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün təşkili ilə bağlı məsələ müzakirə ediləcək.

Axar.azxəbər verir ki, bunu Ermənistan Xarici İşlər naziri Edvard Nalbəndyan bildirib.

Nalbəndyan qeyd edib ki, məsələ ilə bağlı oktyabrın ortalarında Minsk Qrupunun həmsədrləri İrəvana səfər edəcək.