"Niyə uşaqların istirahətindən kəsilir?"

Millət vəkili Aqil Abbasson günlər müzakirə olunan "Son zəng” tarixindın danışıb. Onun sözlərinə görə, dərslər sentyabrın 1-i başlamalı və mayın 25-i bitməlidir:"Bu gün dərslər sentyabrın 15-dən başlayır və 14 iyunda bitir. Ancaq belə olmamalıdır. Dərslər sentyabrın 1-dən başlayıb, 25 mayda bitməlidir. Dərslərin 15 sentyabrda başlamasını kim və necə əsaslandırır, heç kim bilmir. O cümlədən niyə iyunun 14-nə qədər uzanır və niyə uşaqların istirahətindən kəsilir?Mənə dərs ili 15 sentyabra keçəndən sonra Azərbaycan təhsil sisteminin yetişdirdiyi bir Xudu Məmmədov və ya Cəlal Allahverdiyev, Rafiq Əliyev göstərsinlər. Xudu Məmmədov sovet məktəbini qurtarandan 15 il sonra 34 yaşında elmlər doktoru idi. İndi elə biri varmı? Hazırda elə bil təhsil üçün eksperiment edirlər”.

modern.az