4 polisin qatilinin görüntüsü yayıldı - FOTO

Dallas polisi ABŞ-da dörd polis əməkdaşını qətlə yetirən, 7-sini isə güllələyən şəxslərdən birinin fotosunu yayımlayıb.

sabahinfo.az azvision.az-a istinadən bildirir ki, bu barədə məlumat polis idarəsinin rəsmi "Twitter" səhifəsində paylaşılıb. 

"Şübhəlilərdən biri. Onu tapmağa kömək edin!" - deyə sosial şəbəkədə yayılan məlumatda bildirilir. 

ABŞ-da təhlükəsizlik qüvvələri tərəfindən iki qaradərilinin öldürülməsinə qarşı keçirilən mitinq zamanı dörd polis əməkdaşı güllələnib.

Məlumata əsasən, mitinq zamanı hündürlükdə yerləşən mövqedən 11 nəfər polis əməkdaşına snayperlə atəş açılıb.
Nəticədə dörd polis əməkdaşı ölüb, 7-si isə ağır yaralanıb.
4 polisin qatilinin görüntüsü yayıldı - FOTO