40 nəfəri torpaq "uddu" - İndoneziyada FACİƏ

İndoneziyanın Yava adasında baş verən torpaq sürüşməsi nəticəsində 40 nəfər itkin düşüb.

Sürüşmə Şərqi Yava əyalətində qeydə alınıb. Azı 20 nəfərin həlak olması ehtimal edilir. 30-yaxın yaşayış evi torpaq altında qalıb.

Hadisə yerində çoxlu sayda xilasedici, hərbçi və könüllülər fəaliyyət göstərir.