Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla telefon danışığı aparıb.
Sabahinfo.az xəbər verir ki, liderlər telefon danışığı zamanı aşağıdakı məsələləri müzakirə ediblər:
🔹 Söhbət Türkiyə ilə ABŞ arasında ikitərəfli münasibətlər, Suriyadakı son vəziyyət, Qəzza Sülh Komitəsinin işi, ticarət əlaqələri, xüsusən də müdafiə sənayesində, regional və qlobal inkişafları əhatə edib.
🔹 Prezident Ərdoğan Türkiyə ilə ABŞ arasında əməkdaşlığın yaxşılaşdırılması üçün addımlar atmağa davam edəcəklərini bildirib.
🔹 O, bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsinin hər iki ölkənin ortaq maraqlarına uyğun olduğunu bildirib.
🔹 Ərdoğan Türkiyənin qonşu Suriyada atəşkəs və inteqrasiya sazişinin tam şəkildə həyata keçirilməsinə böyük əhəmiyyət verdiyini vurğulayıb.
🔹 O, ABŞ və Suriya hökuməti ilə koordinasiyalı şəkildə prosesi yaxından izlədiklərini bildirib.
🔹 Türkiyə dövlət başçısı Qəzza Sülh Komitəsinə işində uğurlar arzulayıb.
🔹Ərdoğan Qəzzada humanitar fəlakətin sona çatması və Qəzzanın yenidən qurulmasının regionda davamlı sülhün yolunu açacağına inandığını bildirib.